Azərbaycan Premyer Liqasının rekordu təkrarlandı

Sportarena.az      26 Oktyabr 2020 , 11:09

“Qəbələ” Azərbaycan Premyer Liqasının ilk dövrəsində hamıdan çox – 5 heç-heçə edib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, ilk 7 turda bu qədər bərabərliyin qeydə alınması ölkə çempionatları tarixinin rekordunun təkrarıdır. Bunadək 4 komanda startda belə sülhsevərlik nümayiş etdirib. İlk olaraq 1993/94 mövsümündə "Neftçi" yarışın başlanğıcında 7 oyunundan beşində 1 xal əldə edib. 2006/07 mövsümündə eyni göstəriciyə “Qarabağ” imza atıb. Dörd il sonra “Kəpəz” də startda 5 bərabərlik müəllifi olub. “Qəbələ”dən öncə son belə komanda “Bakı” olub. 8 il öncə -2012/13 mövsümündə “zolaqlılar” ilk 7 matçda 5 dəfə heç-heçə edib.

 

Qeyd edək ki, “Qəbələ” 7 oyunda 5 heç-heçə edib və 2 dəfə məğlub olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin