"Neftçi"nin sabiq futbolçusu narkotikə görə saxlanıldı

11:18 26 Oktyabr 2020

“Neftçi”nin sabiq futbolçusu Fransisko Xavyer Qarsiya ölkəsi Paraqvayda saxlanılıb.

 

Sportarena.az xəbər verir ki, sərxoş vəziyyətdə olan 29 yaşlı yarımmüdafiəçinin üzərindən 140 qram marixuana aşkarlanıb. Eyni səbəbdən o, daha əvvəl də saxlanıldığı vurğulanıb.

 

Qeyd edək ki, Qarsiya 2018-ci ildə "Neftçi"də oynayıb. O, bu ilin  mayında Braziliya klubu “Banqu”dan ayrıldıqdan sonra klubsuzdur.


Digər xəbərlər

Xəbər xətti