“Zirə”nin yeni rekordçusu

Sportarena.az      26 Oktyabr 2020 , 15:47

“Zirə”nin futbolçusu Cəlal Hüseynov Azərbaycan Premyer Liqasında debüt edib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 7-ci turun “Qarabağ”la ev oyununda (0:0) meydana çıxıb. Start heyətində şans qazanan müdafiəçi qarşılaşmada 90 dəqiqə iştirak edib.

 

Cəlal “Zirə”nin tarixində Premyer Liqada meydana çıxan ən gənc futbolçudur. O, 17 yaş 9 ay 23 günlüyündə rekorda imza atıb. Buna qədər rekord 19 yaş 4 ay 12 günlüyündə Premyer Liqa görüşündə iştirak edən Rafael Məhərrəmliyə məxsus idi.

 

Bunadək Azərbaycan kubokunda forma geyinmiş Hüseynov klub tarixinin mütləq rekordçudur. O, 16 yaş 11 ay 1 günlüyündə rəsmi matça çıxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin