Ermənilər Daşkəsəni vurdu, meşə yanğını oldu - VİDEO

17:24 26 Oktyabr 2020

“Humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın Daşkəsən bölgəsini atəşə tutdu. Nəticədə meşə yanğını baş verdi”.

 

Sportarena.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.

 

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürmək və Ermənistanın törətdiyi ekoloji terroru minimuma endirmək üçün ərazidə fəaliyyət göstərirlər. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, -deyə H. Hacıyev qeyd edib.

 

 


Digər xəbərlər

Xəbər xətti