Ramil Quliyev Bərdədə törədilən terrora da biganə qalmadı - FOTO

Sportarena.az      29 Oktyabr 2020 , 11:55

Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

 

Sportarena.az xəbər verir ki, dünya çempionu bununla bağlı şəxsi İnstaqram səhifəsində paylaşım edib. O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Eyni zamanda sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

 

Qeyd edək ki, R.Quliyev bundan əvvəl ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşmışdı.

 

Xatırladaq ki, 30 yaşlı idmançı 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin