Hikmət Hacıyev: "Kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar" - VİDEO

Sportarena.az      29 Oktyabr 2020 , 12:15

“Biz bundan sonra Tərtərə gedirik, atırlarsa atsınlar”.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdəyə səfəri zamanı deyib. 

 

O bildirib ki, düşmən döyüş meydanından qaçır:

“Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Axıra qədər qovacağıq”. 

 

H. Hacıyev bildirib ki, bu, bir daha Ermənistanın əsl simasını göstərir: "Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər?

 

Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin