Türkiyə klubu baş məşqçisini yola saldı

13:12 29 Oktyabr 2020

Türkiyə Super Liqası təmsilçisi "Antalyaspor” baş məşqçisi ilə vidalaşıb.

  

Sportarena.az xəbər verir ki, Antalya təmsilçisi çalışdırıcısı Tamer Tunanı istefaya göndərib. Buna 44 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığı səbəb olub. Tuna "Başakşəhər”lə ötən turun görüşündən sonra klubun transfer siyasəti ilə öz hədəflərinin üst-üstə düşmədiyini açıqlamışdı.

 

Qeyd edək ki, 2019/20 mövsümünün gedişində bu posta təyin olunan baş məşqçi 29 matçda komandaya rəhbərlik edib. Bu müddətdə 11 qələbə qazanan komanda 12 heç-heçə edib və 6 dəfə uduzub.


Digər xəbərlər

Xəbər xətti