Messidən yeni rekord

13:33 29 Oktyabr 2020

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, o, buna qrup mərhələsinin 2-ci turunda "Yuventus"la matçda (2:0) nail olub. Sözügedən görüşün 90+4-cü dəqiqəsində penaltidən fərqlənən argentinalı hücumçu ÇL-in qrup mərhələsində vurduğu qolların sayını 70-ə yüksəldib. Bu isə turnirdə rekord göstəricidir.

 

Qeyd edək ki, Messi "Yuventus"la oyunda 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə qol ötürməsi də verib.Bu, onun ÇL-dəki 35-ci qol ötürməsidir. 33 yaşlı futbolçu bu göstəricidə təkcə "Yuventus"un hücumçusu Kriştiano Ronaldodan (40) geri qalır.


Digər xəbərlər

Xəbər xətti