"Zirə"nin "Səbail"lə 13-cü dueli

Sportarena.az      30 Oktyabr 2020 , 13:49

Bu həftə Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, “Zirə” 8-ci turun oktyabrın 31-də keçiriləcək oyununda “Səbail”i qəbul edəcək.İlk dövrədə rəqibini 2:1 hesabı ilə məğlub edən bu komanda ümumilikdə 13-cü dəfə “dənizçilər”lə üz-üzə gələcək. Komandalar indiyədək Premyer Liqa çərçivəsində 12 dəfə qarşılaşıb. Bu duellərdə üstünlük “Zirə”nin tərəfindədir. 7 qələbəsi olan komanda 2 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 17 top keçirən “Zirə” 8 qol buraxıb.

 

“Zirə”nin üstünlüyü evdə keçirilən görüşlərdə də əksini tapıb. Doğma meydanda 5 qarşılaşmada 2 qələbə və 2 heç-heçəsi olan “qartallar” yalnız 1 dəfə uduzub. Top fərqi də zirəlilərin xeyrinədir – 8:5.

 

Qeyd edək ki, “Zirə” “Səbail”ə qarşı keçirdiyi son üç matçda qələbə qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin