"Qarabağ"dan darmadağın, "Zirə" qalib gəldi

00:17 9 Noyabr 2020

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilib. “Neftçi” doğma meydanda “Qarabağ”a 0:6 hesabı ilə uduzub.Günün digər qarşılaşmasında isə “Zirə” “Sabah”ın qonağı olub. Bu görüşdə də qonaqlar qalib gəlib - 1:0. Bu, "Sabah"ın ardıcıl 6-cı məğlubiyyəti olub.


  

Azərbaycan Premyer Liqası, 9-cu tur
 
"Sabah" - "Zirə" - 0:1

Qol: Ağabala Ramazanov, 58
Qırmızı vərəqə: Mateus Albino, 90+1 ("Zirə")
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
“Bank Respublika Arena”

43-cü dəqiqədə "Sabah"ın hücumçusu Ramil Şeydayev penaltini dəqiq yerinə yetirə bilməyib.
 

"Neftçi" - "Qarabağ" - 0:6
Qollar: Filip Ozobiç, 20 (0:1), 29, pen. (0:2), Mahir Emreli, 39 (0:3), Abdullah Zubir, 50 (0:4), Filip Ozobiç, 52 (0:5), Musa Qurbanlı, 75 (0:6) 
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
“Bakcell Arena”
 

7 noyabr

“Səbail” – “Sumqayıt” 2:1

“Keşlə” – “Qəbələ” 3:1


Digər xəbərlər

Xəbər xətti