"Danışılası söz yoxdur" - Füzuli Məmmədov

Sportarena.az      9 Noyabr 2020 , 00:53

"Öncə xalqımızı təbrik edirəm. Əsgərlərimiz var olsunlar. Bizə bu hissləri yaşatdılar".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

O, Ağdam klubuna ağır məğlubiyyəti belə şərh edib: "Oyunla bağlı danışılası söz yoxdur. Məğlub olduq. Rəqibi təbrik edirəm. Bu məğlubiyyət böhran deyil. Erkən qollardan sonra komandamız ruhdan düşdü. Nəticədə futbolçular oyundan qopdular. Oyunu analiz edib, dəyişiklikləri müzakirə edəcəyik".

 

Baş məşqçi ilk hissədəki erkən dəyişikliklərin səbəbini açıqlayıb: "Qol vurmaq istəyirdik. Ona görə buna əl atdıq. Yenə deyirəm, erkən buraxılan qollar bizə çox təsir etdi. Sonradan çox çalışsaq da, alınmadı. Düzdür, bizim üçün bu, normal hal deyil. Fasilədə komandanı psixoloji çətinlikdən çıxarmağa çalışacağıq".

 

Azarkeşlərin narazılığına da toxunan Məmmədov rəhbərliklə görüşdən sonra bu barədə fikir bildirəcəyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin