Yunis Hüseynov 100-ə çatdı

Sportarena.az      9 Noyabr 2020 , 12:24

Yunis Hüseynov baş məşqçi karyerasında 100-cü qələbəsini qazanıb.
 
 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “Keşlə”nin “Qəbələ” ilə Premyer Liqanın 9-cu turundakı matçına təsadüf edib. 3:1 hesablı qələbə Hüseynov üçün yubiley kimi tarixə düşüb. 100-cü qələbə onun baş məşqçi kimi 270-ci oyununa təsadüf edib.

 

Baş məşqçi vəzifəsində debütü 2004-cü ilə təsadüf edən Hüseynov Premyer Liqada 82, Azərbaycan kubokunda 15, Avropa Liqasında (UEFA kuboku) 3 dəfə qələbə sevinci yaşayıb. O, 5 klubda komandasının qalibiyyətinə şahid olub. “Karvan” 75 (çempionat – 64, kubok – 9, UEFA kuboku – 2), “Standard” 7 (çempionat – 3, kubok – 4), “Xəzər Lənkəran” 13 (çempionat – 11, kubok - 1, UEFA kuboku - 1), “Kəpəz” 2 (çempionat – 1, kubok – 1) qarşılaşmada Hüseynovun rəhbərliyi altında qalib gəlib. Onun 10-cu dəfə meydana çıxardığı “Keşlə” 3-cü dəfə qələbə qazanıb. Hər üç uğur Premyer Liqa çərçivəsində gerçəkləşib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin