Rauf Əliyevdən 60-cı qol

15:13 9 Noyabr 2020

"Səbail"in futbolçusu Rauf Əliyev Azərbaycan çempionatlarında 60-cı qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, yubiley 9-cu turun “Sumqayıt”la oyununa (2:1) təsadüf edib. Qonaqların qapısına yol tapan hücumçu Premyer Liqada keçirdiyi 272-ci matçında 60-cı dəfə fərqlənib. O, yarışın tarixində 60 və ya daha çox qol vuran 29-cu oyunçu olub.

 

İlk qoluna 2006/07 mövsümündə “Qarabağ”ın heyətində imza atan forvard Ağdam klubunda daha çox – 23 qol vurub. Ümumilikdə 7 klubda fərqlənən Əliyev “Keşlə”də 12, “Bakı”da 11, “Səbail”də 6, “Qəbələ”də 4, “Xəzər Lənkəran”da 3, “Neftçi”də 1 qola imza atıb.


Xəbər xətti