Cüdoçumuzdan bürünc medal - FOTOLAR

Sportarena.az      11 Noyabr 2020 , 14:27

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. 

 

Sportarena.az xəbər verir ki, mötəbər çempionatın son günü də Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb. Ağır çəkili cüdoçuların yarışında mübarizə aparan Camal Feyziyev Polşa, Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Macarıstanlı Riçard Sipoşa uduzan Camal 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Lorenzo Aqronu məğlub edib. Beləliklə Camal Feyziyev qitə birinciliyinin bürünc medalını qazanıb.

 

Xatırladaq ki, nüfuzlu yarışın ilk günü Gültac Məmmədəliyeva (52 kq)  gümüş, Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olub. 

 

Qeyd edək ki, otuz altı ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin