Şenol Güneş və futbolçuları karantinə alındı

Sportarena.az      12 Noyabr 2020 , 17:15

Ötən gün Türkiyə-Xorvatiya qarşılaşmasında çıxış edən xorvat müdafiəçi Domaqoy Vidada koronavirus testinin pozitiv çıxmasından sonra Türkiyə Futbol yığmasının bəzi üzvləri karantinə alınıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Rusiya ilə qarşılaşacaq Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.

 

Karantinə alınanlar arasında millinin baş məşqçisi Şenol Güneşlə yanaşı Caner Erkin, Mert Çetin, Dorukhan Toköz və Cenk Tosun da var. Onların ötən günkü yoldaşlıq oyununda xorvat müdafiəçi Domaqoy Vida ilə yaxın təmasda olması ehtimal olunur.

 

Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin