La Liqada yeni baş məşqçi

11:54 13 Noyabr 2020

İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi Eduardo Kudeyə tapşırılıb. 46 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. Kude bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Oskar Qarsiyanı əvəzləyib.

 

Qeyd edək ki, “Selta” bu mövsüm La Liqada keçirdiyi 9 turdan sonra 7 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti