Məşhur futbolçu özündən 14 yaşlı kiçik xanımla evlənir - FOTOLAR

10:10 16 Noyabr 2020

"Monako", "Manester Yunayted", "Yuventus" və "Marsel" kimi klublarda çıxış etmiş Patris Evra sevgilisi Marqauks Aleksandra ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu özündən 14 yaş kiik sevgilisi ilə nişanlanıb. Bununla bağlı Evra sosial media hesabında açıqlama yayıb.

 

Sevgilisinin əlini tutduğu bir fotonu paylaşan veteran futbolçu "Bir ildən artıqdı birlikdəyik. Sən mənim qəlbimi oğurladın. Səninlə ikinci görüşümüzdə həyatımın qalan hissəsində həyat yoldaşım olacağını demişdim. Artıq sənsiz yaşaya bilmərəm. Sənin üçün yanımda olduğun zaman belə darıxıram. Tanışlığımızdan qısa zaman sonra evlilik təklif etdim, mənim çılğın olduğumu düşündün. Kaş ki, bütün kişilər qadınları mənim sevdiyim qədər sevsin. Səni anlatmaqda çətinlik çəkirəm. Sən mənim dünyamsan, rahatlığımsan, ruhumsan. Sənin yanında olanda və əlini tutanda özümü daha təhlükəsiz hiss edirəm. Həyatımın qalan hissəsini sənin üçün seçirəm" yazıb. 

 

Qeyd edək ki, Evranın Aleksandra ilə münasibətləri veteran futbolçunun keçmiş həyat yoldaşı Sandra ilə evli olarkən başlayıb. Onlar ötən ay boşanıb. 

 

2018-ci ildə peşəkar karyerasını bitirən 39 yaşlı veteran futbolçu 2004-2016-cı illərdə Fransa millisində 81 oyun keçirib. O, "Monako", "Manester Yunayted" və "Yuventus"un heyətində ümumilikdə 21 kubok qazanıb.



Digər xəbərlər

Xəbər xətti