Ansi Aqolli: "Qarabağ" Ağdamda oynasaydı, nəticələr fərqli olardı"

Sportarena.az      18 Noyabr 2020 , 15:45

"Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində 3 oyun keçirib və bütün görüşlər səfərdə baş tutub. Belə olan halda komandanın nəticələri barədə fikir bildirmək çox çətindir".

 

Sportarena.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli sabiq komandasının çıxışını dəyərləndirərkən deyib.

 

Albaniyalı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi güclü rəqiblərlə evdə qarşılaşsaydı, hər şey fərqli ola bilərdi: "Komanda "Vilyarreal" kimi İspaniya nəhəngini Türkiyədə qəbul etdi."Makkabi" və "Sivasspor" da çox yaxşı komandadır. Ev və səfər oyunları eyni olmur. "Qarabağ" hər 3 görüşünü Ağdamda keçirsəydi, eyni nəticə qeydə alınardı? Əlbəttə, yox. Doğma meydanda oynayanda nəticə də fərqli olur".

 

Ansi Aqolli "Qarabağ"ın formasını 2012 - 2017-ci illərdə geyinib.

 

Qeyd edək ki, Avropa Liqasının I qrupunun ilk turunda İsraildə Tel-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu 2-ci turda Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İspaniya "Vilyarreal"ına yenilib - 1:3. Qurban Qurbanovun başçılıq etdiyi komanda daha sonra Türkiyə "Sivasspor"u ilə bacarmayıb - 0:2.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin