Aftandil Hacıyev: "Sabah" bizimlə oyuna dönüş nöqtəsi kimi baxır"

Sportarena.az      18 Noyabr 2020 , 16:15

"Səbail" klubu Azərbaycan Premyer Liqasının X turunun "Sabah"la oyununa itkilərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

 

39 yaşlı mütəxəssisin sözlərinə görə, Elgün Nəbiyev zədə səbəbindən, Kamal Qurbanlı isə koronavirusa yoluxduğu üçün oynaya bilməyəcək: "Kamal ev şəraitində müalicəsini davam etdirir. Həftəsonu yenidən test verəcək. Elgün məşq zamanı zədə alıb. Onun matçda iştirak etməyəcəyi dəqiqdir. Ruslanın isə mikrozədəsi var. Həkimlərin rəyini gözləyirik".

 

Hacıyev hazırda 6 xalla sonuncu pillədə qərarlaşan autsayderlə oyuna da toxunub: "Yay transfer pəncərəsinin ən fəal klubu ilə qarşılaşacağıq. "Sabah"ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular yer alır. Rəqib son 6 oyunda məğlub olmasına baxmayaraq, evdə istəkli oynayacaq. Bizimlə qarşılaşmaya dönüş nöqtəsi kimi baxırlar. Ona görə də oyuna ciddi yanaşırlar. Bu da başadüşüləndir. İtkilərimiz olsa da, meydana yaxşı nəticə üçün çıxacağıq. Maraqlı oyun olacaq".

 

Qeyd edək ki, noyabrın 21-də keçiriləcək "Sabah" - "Səbail" matçı saat 14:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin