Orxan Səfərov finalda, 5 cüdoçumuz erkən uduzdu - YENİLƏNİB

Sportarena.az      19 Noyabr 2020 , 18:00

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürüb.

 

Sportarena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq. Kişilərin yarışında 2, qadınlarda isə 4 cüdoçumuz medallar uğrunda qüvvəsini sınayacaq.

 

Avropa çempionatı

Kişilər
66 kq
Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisinə uduzub. 
Orxan Səfərov isə İtaliya, Slovakiya, Almaniya və Serbiya cüdoçularını məğlub edərək, finala  yüksəlib.

 

Qadınlar
48 kq
Aişə Qurbanlı 1/8 final mərhələsində  Distria Krasniç (Kosovo), Leyla Əliyeva isə Katarina Mentsi (Almaniya) ilə bacarmayıb.

52 kq
Mübarizəyə 1/16 finaldan başlayan Gültac Məmmədəliyeva da ilk görüşdəcə uduzub. O, Tetyana Levitska-Şukvani (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

57 kq
Təmsilçimiz Aleksandra-Larisa Florian 1/8 finalda Sanne Verhageniyı (Niderland) məğlub olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin