AFFA milli üzvlərinə mükafat verəcək - Hər futbolçuya 45 min manat

Sportarena.az      20 Noyabr 2020 , 02:09

Azərbaycan yığmasının futbolçularının noyabr ayı üzrə qazancı məlum olub.

 

Sportarena.az xəbər verir ki, AFFA əsas heyət üzvlərinin hər birinə 45 000 manata yaxın vəsait ödəyəcək.Bunun 30 mini Monteneqro və Lüksemburq ilə Millətlər Liqasının son 2 oyunun payına düşür.

 

Federasiya C Liqasının 1-ci qrupunda hər iki qarşılaşmanı qolsuz bitirən və əvəzində 2 xal qazanan, bununla belə, qarşısına qoyulan məqsədə çata bilməyən komandaya bu qədər mükafat ödəməyi özünə sığışdırıb.

 

Daha 10 min manat isə Sloveniya ilə keçirilən yoldaşlıq görüşündə qeydə alınan hesaba görədir (0:0).

 

Yerdə qalan vəsaitə gəlincə, bu, oyunçuların millinin düşərgəsində olduqları hər günə görə hesablanan qonorardır (sportinfo.az).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin