Karantin qaydalarını pozan futbolçulara ağır cəza

Sportarena.az      20 Noyabr 2020 , 02:38

Şotlandiyanın “Reyncers” klubunun futbolçuları Cordan Cons və Corc Edmundsona 7 oyunluq cəza verilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyası məlumat yayıb.Hər iki oyunçu karantin qaydalarını pozduqları üçün cəzalandırılıb. Noyabrın əvvəlində Cons və Edmundson karantinə alınsalar da, yaşadıqları evi tərk edərək qonaqlığa gediblər. Üstəlik, həmin tədbirdə sosial məsafə qaydalarına əməl etməyiblər.

 

“Reyncers” də futbolçuları cəzasız qoymayıb. Klub hadisədən sonra onların hər ikisini əsas komandadan kənarlaşdırıb. Futbolçular yenidən 2 həftəlik karantinə göndərilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin