Orxan Səfərov Avropa çempionu oldu

Sportarena.az      20 Noyabr 2020 , 03:00

Çexiyanın paytaxtı Praqada cüdo Avropa çempionatı start götürüb.

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 6 üzvü tatami üzərinə çıxıb.Təmsilçilərimizdən yalnız Orxan Səfərovun çıxışı uğurlu alınıb. Bütün görüşlərdə qələbə qazanan cüdoçumuz ilk dəfə Avropa çempionu tituluna yiyələnib.Nicat Şıxəlizadə 1 qarşılaşmada qalib gəlibsə, qadın cüdoçularımız ilk görüşdə mübarizəni dayandırıb.

 

Qeyd edək ki, Orxan Səfərov 1/16 finalda Manuel Lombardo (İtaliya), 1/8 finalda Matej Polyak (Slovakiya) üzərində qələbə qazanıb. Yarımfinala vəsiqə uğrunda qarşılaşmada cüdoçumuz almaniyalı Sebastyan Seydli məğlub edib. Finalın bir addımlığında serbiyalı Strahinya Bunçiçə qalib gələn idmançımız həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, finalda İsrail cüdoçusu Tal Flikeri yenərək Praqada qızıl medal əldə edib. Bu, Orxanın Avropa çempionatlarında 4-cü medalı olub. 2015 və 2016-cı illərdə finalda uduzaraq gümüşlə kifayətlənən cüdoçumuz 2017-ci ildə 3-cü yeri tutub.

 

Nicat Şıxəlizadənin çıxışı uğursuz alınıb. 1/16 finalda moldovalı Vadim Buneskuya qalib gələn təmsilçimiz fransalı Killian Le Bluxa uduzaraq 1/4 finalın astanasında dayanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin