AÇ-də 3 cüdoçumuz mübarizəyə başlayır

11:31 20 Noyabr 2020

Praqada keçirilən Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün 3 cüdoçumuz tatamiyə çıxacaq. 73 kq-da mübarizə aparan Rüstəm Orucov və Telman Vəliyev 1/16 finaldan, 81-kq-da Murad Fətiyev isə 1/32 finaldan mübarizəyə başlayacaqlar. 

 

73 kq

1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)
1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

 

81 kq
1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.


Xəbər xətti