"Neftçi"nin kapitanı koronavirusa yoluxdu

14:06 20 Noyabr 2020

“Neftçi” ciddi itki ilə üzləşib.
 

Klubdan Qol.az-a verilən məlumata görə, komandanın kapitanı Emin Mahmudov koronavirusa yoluxub.  Dünən COVİD-19 testi verən yarımmüdafiəçidə virus aşkarlanıb. O, öz evində karantinə alınıb.


Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turunda noyabrın 22-də "Qəbələ"nin qonağı olacaq. 


Xəbər xətti