I Divizion: "Neftçi" və "Zaqatala" qalib gəldi

17:18 20 Noyabr 2020

Azərbaycan birinci divizionunda 6-cı tura yekun vurulub.
 
 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.“Zaqatala” səfərdə “Qarabağ”ın əvəzedicilərinə qalib gəlib. “Neftçi-2” isə səfər oyununda “Sumqayıt-2”-ni darmadağın edib. “Sabah”ın əvəzediciləri də “Keşlə”dən üstün olub.



20 noyabr
 
"Qarabağ-2" – "Zaqatala" - 2:3
Qol: İbrahim Hüseynov, 25. Seyxan Fərəcov, 59 – Salman Ələsgərov, 76. Pərvin Kərimli, 85. Ramin Əhmədov, 89.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).
 

"Sumqayıt-2" – "Neftçi-2" - 0:4
Qol: Asim Əlizadə, 12-pen. Vüsal Əsgərov, 55; 67. Famil Camalov, 74.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)
 

"Keşlə-2" – "Sabah-2" - 1:3
Qol: Elmir Rəhimzadə, 26-pen – Ceyhun Nuriyev, 36. Kamran Quliyev, 46. Abdullah Xaibulayev, 53.
“ASK Arena”.  


Xəbər xətti