"Neftçi"dən böyükhesablı qələbə, "Zirə" "Keşlə"ni məğlub etdi - YENİLƏNİB

20:00 22 Noyabr 2020

Azərbaycan Premyer Liqasında 10-cu turun növbəti matçları keçirilib.

 

Sportarena.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. Qarşılaşma paytaxt klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.Günün digər qarşılaşmasında isə "Keşlə" "Zirə"nin qonağı olub və 1:3 hesabı ilə uduzub. "Zirə" bu qələbə ilə 2-ci pilləyə yüksəlib.  

 

Qeyd edək ki, ötən günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün sabah keçiriləcək.

 

22 noyabr (bazar)

“Zirə” – “Keşlə” - 3:1
Qollar: Çantakias, 33 (1:0), Ramazanov, 60 (2:0), Bauk, 72 öz qapısına (2:1), Bauk, 90+4 (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

 

“Qəbələ” – “Neftçi” - 1:4
Qollar: Krivotsyuk, 38 (0:1), 51 (0:2), Ələsgərov, 57 (0:3), Nəbiyev, 60 (1:3), İbara, 90+3 (1:4)   
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

 

23 noyabr

16:00. "Sabah" - "Səbail"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Bank Respublika Arena

 

21 noyabr

16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1


Digər xəbərlər

Xəbər xətti