"Neftçi"nin hücumçusu da koronavirusa yoluxdu

18:35 22 Noyabr 2020

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bunu komandanın  baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə keçirilən oyundan (4:1) sonra deyib.

 

O, Azərbaycan millisinin düşərgəsindən qayıdan Abbasovun testinin pozitiv çıxdığını açıqlayıb. Bu səbəbdən 25 yaşlı forvard bugünkü qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.


Digər xəbərlər

Xəbər xətti