Fərid Nəbiyev oynadı, komandası qələbə qazandı

22:58 22 Noyabr 2020

Çexiya II divizionunda VIII turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya” (Jijkov) doğma meydanda "Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Fərid də bu görüşün iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

 

Qeyd edək ki, 8 turdan sonra 15 xala malik "Viktoriya” 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti