“Sabah” “Səbail”i məğlub etdi - YENİLƏNİB

18:00 23 Noyabr 2020

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.Turun qapanış matçında “Sabah”la “Səbail” üz-üzə gələcək. Noyabrın 21-də baş tutmalı olan görüş futbolçuların yenidən koronavirus testindən keçməsi səbəbindən bu günə təxirə salınıb.

 

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Zirə” “Keşlə”ni (3:1), “Neftçi” isə “Qəbələ”ni (4:1) məğlub edib.

 

Azərbaycan Premyer Liqası

10-cu tur

23 noyabr

 

16:00. “Sabah” – “Səbail” 2:1

Baş hakim: Rəşad Əhmədov.

Masazır. “Bank Respublika Arena”.


Digər xəbərlər

Xəbər xətti