Lionel Messi ÇL matçına aparılmadı

Sportarena.az      24 Noyabr 2020 , 00:54

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukraynada keçiriləcək Kiyev “Dinamo”su ilə oyunu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı argentinalı hücumçu bu qarşılaşma üçün sifariş olunmayıb. Argentinalı futbolçu ilə yanaşı, Frenki De Yonqun da adı iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Ronald Kuman hər iki oyunçuya istirahət verdiyini açıqlayıb.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Dinamo” – “Barselona” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin