"Qarabağ"ın səfər planı bilindi

Sportarena.az      23 Noyabr 2020 , 22:03

Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin İstanbul şəhərində "Sivasspor"la qarşılaşacaq "Qarabağ"ın sfər planı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu matçdan 1 gün öncə - noyabrın 25-iqonşu ölkəyə yola düşəcək. "Atlılar"ı aparacaq təyyarə saat 11:00-da səmaya qalxacaq. Həmin gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı və komandanın son məşqi nəzərdə tutulub.
 

Azərbaycan təmsilçisi matçdan sonrakı gün - noyabrın 27-də Bakıya qayıdacaq. Komanda yerli vaxtla 11:30-da vətənə yola düşəcək.
 

Noyabrın 26-da "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Ağdam klubu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin