Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi müəyyənləşdi

Sportarena.az      25 Noyabr 2020 , 09:10

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, 4-cü turun ilk oyun günündə 4 qrup üzrə 8 oyun keçirilib.Baş tutan qarşılaşmaların ardından 1/8 finala vəsiqə qazanan ilk 4 klub müəyyənləşib.E qrupunda müvafiq olaraq “Krasnodar” və “Renn” səfərindən minimalhesablı qalibiyyətlə dönən “Sevilya” ilə “Çelsi” növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. 

 

G qrupunda da 1/8 finalın hər iki iştirakçısı bilinib. Lider “Barselona” yoluna itkisiz davam edib. Kiyev “Dinamo”sunu səfərdə məğlubiyyətə uğradan kataloniyalılar növbəti raunda vəsiqəni təmin ediblər. “Yuventus” isə öz meydanında “Ferensvaroş” üzərində əzmkar qələbə qazanmaqla, “Barsa”ya yoldaş olub.

 

Qeyd edək ki, turun digər 8 oyunu noyabrın 25-də keçiriləcək.

 

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
24 noyabr

E qrupu

“Krasnodar” (Rusiya) – “Sevilya” (İspaniya) 1:2
Qol: Vanderson, 56 – Rakitiç, 4. El Haddadi, 90+5.

“Renn” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2
Qol: Jirassi, 85 – Hodson-Odoi, 22. Jiru, 90+1.

Çelsi – 10, Sevilya – 10, Krasnodar – 1, Renn – 1.

 

F qrupu

“Latsio” (İtaliya) – “Zenit” (Rusiya) 3:1
Qol: İmmobile, 3; 55. Parolo, 55 – Dzyuba, 25.

“Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika) 3:0
Qol: Haland, 18; 60. Sanço, 45.

Borussiya – 9, Latsio – 8, Brügge – 4, Zenit – 1.

 

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya) 0:4
Qol: Dest, 52. Breyveyt, 57; 70-pen. Qrizmann, 90+2.

“Yuventus” (İtaliya) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qol: Ronaldo, 35. Morata, 90+2 – Uzuni, 19.

Barselona – 12, Yuventus – 7, Ferentsvaroş – 2, Dinamo – 1.

 

H qrupu

“Mançester Yunayted” (İngilıtərə) – “Başakşəhər” (Türkiyə) 4:1
Qol: B.Fernandes, 7; 19. Reşford, 35-pen. Ceyms, 90+2 – D.Türüç, 75.

PSJ (Fransa) – “Leypsiq” (Almaniya) 1:0
Qol: Neymar, 11-pen.

Mançester Yunaytet – 9, PSJ – 6, Leypsiq – 6, Başakşəhər – 3.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin