"Kubokun finalında çoxlu sürprizlərimiz olacaq" - PFL prezidenti

Sportarena.az      25 Noyabr 2020 , 12:09

“Ali Baş Komandana, Ordumuza, əsgərlərimizə təşəkkür edirəm. Gözəl günləri xalqa sevinc bəxş etdiyinə görə həmin insanlara minnətdarıq. Şəhidlərə rəhmət diləyirəm, qazilərə işə şəfa arzulayıram”.
 
 

Sportarena.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun 2020/21 mövsümünün püşkatma mərasimində deyib.O bildirib ki, stadion hazır olsa, kubkun finalını Qarabağda keçirmək mümkündür: "Arzu edək ki, bu il yarışı başa vurmaq nəsib olsun. Açıqlama vermişdim ki, ölkə rəhbərliyi icazə versə, ölkə kubokunun finalını Qarabağda keçirərik. Stadion hazır olarsa, böyük fəxrlə finalı Qarabağda edərik. Hazır olmasa, azarkeşlərin istəyinə uyğun yer seçərik".

 

R.Musayev final görüşü üçün çoxlu sürprizlər düşündülərini qeyd edib: "Keçən dəfə belə qərara gəldik ki, final qarşılaşması "Sabah" klubunun ev oyunlarını keçirdiyi arenada olsun. Bizim üçün ölkəmizin hər yeri əzizdir. Həlledici qarşılaşmanı Qarabağda keçirmək niyyətindəyik. Orada alınmasa, kubokun finalını Gəncədə təşkil etmək istəyirik. Amma oradakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, həlledici görüş Gəncədə gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir. Final matçında çoxlu sürprizlərimiz olacaq və bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq".  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin