"Qarabağ"da ciddi itkilər

Sportarena.az      25 Noyabr 2020 , 12:44

Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah "Sivasspor"la qarşılaşacaq "Qarabağ"ın heyətlə bağlı problemləri var.
 

Sportarena.az xəbər verir ki, Filip Ozobiç cəza üzündən, Maksim Medvedevlə Rahil Məmmədov isə koronavirusa yoluxduqları üçün İstanbula aparılmayıb.Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun durumu isə qeyri-müəyyəndi. Zədəli olan bu futbolçuların oynaya bilib-bilməyəcəyi sabah dəqiqləşəcək.
 

İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin