Ən yaxşı futbolçu adına namizədlər - SİYAHI

Sportarena.az      25 Noyabr 2020 , 14:59

FİFA  ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatına namizədlərin siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, namizədlər sırasında Tiaqo Alkantara ("Bavariya" / "Liverpul"), Kriştiano Ronaldo ("Yuventus"), Kevin De Brüyne ("Mançester Siti"), Robert Levandovski ("Bavariya"), Sadio Mane("Liverpul"), Kilian Mbappe (PSJ), Lionel Messi ("Barselona"), Neymar (PSJ), Serxio Ramos ("Real"), Məhəmməd Salah, Vircil van Deyk (hər ikisi Liverpul") yer alıb.

 

FİFA-nın ilin ən yaxşılarını mükafatlandıracağı mərasim 17 dekabrda onlayn keçiriləcək. "The Best"lə bağlı səsvermə 25 noyanr - 9 dekabrda gerçəkləşəcək. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcək.

 

Xatırladaq ki, ötən il bu mükafatı "Barselona" nın hücumçusu Lionel Messi qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin