Rəşad Sadıqov: “Fikrim var ki, Kəlbəcərdə futbol məktəbi açım” - VİDEO

02:28 27 Noyabr 2020

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Xəzər TV”-də yayımlanan “Birinci Studiya” verilişinin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, əslən Kəlbəcərdən olan Sadıqov bu rayonun Erməni işğalından azad olunmasından danışıb: 

 

“Qələbəmizdə başda Ali Baş Komandan olmaqla, Ordumuza, payı olan hər kəsə təşəkkür edirəm. İkili hisslər yaşayırıq. Şəhidlərimizə görə üzülüb, qələbəmizə görə sevinirik. Şəhidlərə Allahdan rəhmət diləyirəm, yaralılara sağlıq arzulayıram. Ermənilər Kəlbəcərdən evləri , binaları dağıdaraq gedirlər. Nə qədər dağıtsalar da, bunun əhəmiyyəti yoxdur. Bizə torpağımız lazımdır. Ərazi bütövlüyümüz təmin olundu. Şükürlər olsun ki, torpaqlar qayıtdı. Ümid edirəm ki, Ağdamda “İmarət” stadionu yaxın zamanlarda bərpa ediləcək. Fikrimdə var ki, Kəlbəcərdə futbol məktəbi açım”.

 

 


Digər xəbərlər

Xəbər xətti