Maradonaya 9 təcili tibbi yardım çağırılıbmış

Sportarena.az      27 Noyabr 2020 , 11:06

İngiltərə mediası dünən San Andresdəki evində 60 yaşında dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı bəzi detalları yayımlayıb.

 

Sportarena.az xəbər verir ki, argentinalı futbol ulduzu ölümündən əvvəl qulluqçusuna özünü yaxşı hiss etmədiyini deyib və nahar yeməyini həmişəki vaxtdan bir qədər tez istəyib. Daha sonra yatmağa gedən Maradonanın halının yaxşı olmadığını görən qulluqçu təcili tibbi yardım çağırıb.

 

Yerli vaxtla saat 15:00-da 9 təcili yardım Maradonanın evinə yola düşsə də, futbolçu həkimlər gələnədək dünyasını dəyişib. Maradonanın ölümündə şübhəli heç nə müşahidə edilməsə də, əyalət polisi ənənəvi sorğuya başlayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin