“Sumqayıt” - “Qəbələ” oyunu koronavirusa görə təxirə salındı

14:49 27 Noyabr 2020

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

 

Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.


Digər xəbərlər

Xəbər xətti