"Qarabağ" "Səbail"lə, "Sabah" "Keşlə" ilə heç-heçə etdi - YENİLƏNİB

18:00 29 Noyabr 2020

Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları davam edir.
 
 

Sportarena.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib. “Keşlə” doğma meydanda “Sabah”la heç-heçə edib - 1:1. Günün digər görüşündə “Qarabağ” "Səbail"in qonağı olub. Bu oyunda da 1:1 hesabı qeydə alınıb. Bununla da Ağdam klubu xallarını 19-a çatdıraraq yenidən liderliyə yüksəlib. İkinci pillədə olan "Zirə"nin də xalları eynidir.

 

Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

 

29 noyabr (bazar)

16:00. “Səbail” – “Qarabağ” - 1:1 
Qollar: Amil Yunanov, 57-pen.(1:0), Donald Gerye, 64 (1:1)
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“ASCO Arena”

14:00. “Keşlə” – “Sabah” - 1:1 
Qollar: Kubemba, 60 (0:1), Meza Kolli, 85 
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
“ASK Arena”

 

30 noyabr (bazar ertəsi)

16:00. "Sumqayıt" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramo
"Kapital Bank Arena"  


Digər xəbərlər

Xəbər xətti