“Araz” ÇL-də mübarizəni erkən dayandırdı

Sportarena.az      29 Noyabr 2020 , 18:12

Futzal üzrə Azərbaycan çempionu “Araz” Çempionlar Liqasında mübarizəyə start verib.

 

Sportarena.az xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşıb.Cütün qalibi bir oyunla müəyyənləşəcəkdi. Bu üzdən də matç gərgin mübarizə şəraitində keçib. Qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. AEK ikinci hissəyə də qolla başlayıb. İkinci hissənin əvvəlində Rizvan Fərzəliyev buraxılan toplardan birinini əvəzini çıxsa da, yunanlar daha bir qol vurmağa nail olublar. Bu azmış kimi, Fineo qırmızı vərəqə alaraq komandasını bir müddət azlıqda oynamaq məcburiyyətində qoyub. 

 

Buna baxmayaraq, ruhdan düşməyən “Araz” matçın əsas vaxtının sonuna kimi buraxılan digər topların da əvəzini çıxıb və hesab bərabərləşib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qapılara qol vurulmayıb. Belədə, tərəflər qalibi penaltilər seriyasında müəyyənləşdiriblər. Daha dəqiq oynayan Yunanıstan təmsilçisi növbəti mərhələyə yüksəlib.

 

Çempionlar Liqası, ilkin mərhələ

AEK – Araz 3:3
Qol: A.Manos, 1. K.Panu, 20; 28 – R.Fərzəliyev, 24. X.Bağırov, 33. R.Çovdarov, 37.
Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis
Afina, “Dias Sports Hall”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin