“Atletiko”nun hücumçusu Dieqo Kosta uzun müddət yaşıl meydanlardan uzaq qala bilər.
Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu dərin damar trombozundan əziyyət çəkir.Bu barədə “Daily Mail” məlumat yayıb. Xəbərdə, Kostanın 6 ay yaşıl meydanlardan uzaq qala biləcəyi qeyd olunub.
Braziliya əsilli ispaniyalı hücumçu koronavirusa yoluxduqdan sonra onda dərin damar trombozu yaranıb və bunun müalicəsi 3-6 ay çəkir.
Qeyd edək ki, Kosta bu mövsüm “Atletiko” ilə La Liqada 5 oyunda 1 qol vurub.