"Qarabağ"ın səfər planı məlum oldu

Sportarena.az      30 Noyabr 2020 , 13:31

Avropa Liqasının qrup mərhələsində növbəti matçını Tel-Əviv “Makkabi”sinə qarşı keçirəcək “Qarabağ”ın səfər planı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar rəqibini Türkiyənin İstanbul şəhərində qəbul edəcək Ağdam təmsilçisi matçdan bir gün öncə – dekabrın 2-si səhər saatlarında qonşu ölkəyə yola düşəcək. Həmin gün baş məşqçinin mətbuat konfransı və komandanın oyunöncəsi son məşqi nəzərdə tutulub.
 

“Qarabağ” görüşdən bir gün sonra vətənə dönəcək. “Atlılar” Bakıya yox, birbaşa Qəbələyə uçacaq. Premyer Liqanın X turunda dekabrın 6-ı “Qəbələ”nin qonağı olacaq komanda İstanbuldan birbaşa ora yollanmağı planlaşdırır.
 

Dekabrın 3-də “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” görüşü saat 21:55-də start götürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin