Dmitri Nağıyev 90 dəqiqə oynadı, komandası 1 xal qazandı

14:00 30 Noyabr 2020

Moldova çempionatında XXI turun oyunları keçirilib.
 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” doğma meydanda “Buyukani” ilə heç-heçə edib – 1:1.
 

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 

21 turdan sonra 29 xalı olan “Dinamo-Avto” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti