"Keşlə" iki futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı oyunçular - yarımmüdafiəçi Alvaro Tavareş və müdafiəçi Artur Batista ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Keşlə" mövsümün əvvəlində komandaya qoşulan oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin