“Real”da ciddi itkilər

06:56 1 Dekabr 2020

Çempionlar Liqasının 5-ci turu çərçivəsində səfərdə “Şaxtyor”la (Donetsk) qarşılaşacaq İspaniyanın “Real” klubu Ukraynaya ciddi itkilərlə yollanıb.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisində sözügedən qarşılaşmada Serxio Ramos, Alvaro Odriosola, Eden Hazard, Federiko Valverde, Dani Karvahal və Luka Yoviç iştirak edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 6 futbolçu da oyunun iştirak ərizəsinə salınmayıb.

 

Bu gün keçiriləcək “Şaxtyor” – “Real” matçına saat 21:55-də start veriləcək.


Digər xəbərlər

Xəbər xətti