“Bavariya” onları Madridə aparmadı

Sportarena.az      1 Dekabr 2020 , 09:00

Almaniyanın “Bavariya” klubunun üç aparıcı futbolçusu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyada “Atletiko”ya qarşı keçiriləcək oyunu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hansi Flik qarşılaşma öncəsi mətbuat konfransında deyib.Onun sözlərinə görə, qapıçı Manuel Noyer, yarımmüdafiəçi Leon Qoretska və hücumçu Robert Levandovski zədə səbəbindən Madrid təmsilçisi ilə matçda iştirak etməyəcək.

 

Qeyd edək ki, “Bavariya”da zədədən əziyyət çəkən digər futbolçular – Alfonso Deyvis, Yozua Kimmix və Korenten Tolisso da hələ bərpa prosesini başa vurmayıb. Adı çəkilən futbolçuların heç biri Madridə aparılmayıb.

 

Bildirək ki, dekabrın 1-də oynanılacaq “Atletiko” – “Bavariya” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin