"İstədiyim komandanı meydanda görürük" - "Qəbələ"nin baş məşqçisi

Sportarena.az      1 Dekabr 2020 , 11:32

"Müəyyən səbəblərə görə oyuna ciddi itkilərlə çıxdıq. Çətin olacağını bilirdik. Komandaya bildirmişdik ki, gənclərə inanırıq, onlara şans verəcəyik. Komanda şəklində çox məzmunlu və yaxşı oyun nümayiş etdirib, qələbə qazandıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün səfərdə "Sumqayıt"a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

 
O, komandanın 7-8 qol imkanından yararlana bilməməsi haqda sualı belə cavablandırıb: "Bunun üzərində çalışırıq. Belə imkanları yaratmaq güc tələb edir. Mən istədiyim komandanı meydanda görürəm. Komandaya bir iradım yoxdur, getdikcə daha da diqqətli olub, əlimizə düşən imkanları dəyərləndirəcəyik".
 

E.Baxşıyev gənc futbolçu Rüfət Əhmədovun oyununu qiymətləndirib: "Rüfət U-21 millisinin də üzvüdür. Akademiyamızın yetirməsidir, biz ona inanıb bura gətirmişik. Rüfət gələcəkdə əsas milliyə qədər yüksələ bilər, onda bu potensial var".  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin