Şahin Diniyev: "Koronavirusa görə övladlarımın yanına gedə bilmirəm"

Sportarena.az      1 Dekabr 2020 , 12:12

"Övladlarım koronavirusa yoluxsalar da, özüm yaxşıyam. Biz birlikdə yaşamırıq. Ev yaxın olsa da, onlar ayrı yaşayırlar".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Sabah" klubunda çıxış edən Coşqun Diniyev və "Zirə"də oynayan Kərim Diniyevin koronavirus testinin müsbət çıxması barədə danışarkən deyib.

 

55 yaşlı mütəxəssis hər iki oyunçunun səhhətinin yaxşı olduğunu söyləyib: "Onlarda xəstəliyin simtompu yoxdur. 1-2 günə növbəti dəfə test verməlidirlər. Hazırda evdə karantindədirlər. Hamı kimi yaşayırlar. Heç xəstəliyi hiss etmirlər. Vəziyyətləri ilə bağlı telefonla maraqlanıram, yanlarına gedə bilmirik. Xəstəliyin heç bir simptomları onlarda görünməyib, sadəcə, testlərinin nəticəsi müsbətdir".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin