Premyer Liqada daha 10 yoluxma

14:55 1 Dekabr 2020

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.Xəbərdə, 23-29 noyabr aralığında 1381 nəfərdən koronavirus testi götürüldüyü, 10 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.
 

Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 86-ya çatıb.
 

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.


Digər xəbərlər

Xəbər xətti